“Azərbaycan elmi kiçik hissələrə paylanılıb. Əhalisinin sayı bizə uyğun olan dövlətlər ilə müqayisə aparsaq, bizdə həddən artıq çox sayda elmi qurum, ali təhsil müəssisəsi var”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, növbəti illər ərzində konsolidasiya prosesinin aparılması, xüsusilə keyfiyyət təminatı sistemlərininin qurulması ilə müəyyən nəticələrə nail olmaq hədəfi qoyulub.