Logo

AzTU ilə Özbəkistan universiteti iqtisadiyyat və idarəetmə sahəsi üzrə birgə proqramlar hazırlayacaq

17.02.2025 15:31 108 baxış
IMG

Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universitetinin rektoru Azizxon Nodirovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.  

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı universitetlər arasında müvafiq sahələrdə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb. Xüsusilə iqtisadiyyat və idarəetmə sahəsi üzrə birgə proqramların hazırlanması, tədqiqatların yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda AzTU ilə Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

 

 

 

 


 

Xəbər lenti