Logo

“Yaşıl dünya naminə biotexnologiya” beynəlxalq konfrans keçiriləcək

19.02.2025 17:11 111 baxış
IMG

İyunun 4-5-də Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun və Hindistan Mikrobioloqlar Cəmiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə biotexnologiya” mövzusunda hibrid formatda beynəlxalq konfrans keçiriləcək.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, bu konfrans mikrobioloq alimlər, tədqiqatçılar, sənaye mütəxəssisləri, texnoloqlar, eləcə də mikrobiologiya, farmakologiya və tibb sektoru üzrə nümayəndələrin iştirakı üçün nəzərdə tutulub.

Konfransda “Mikroorqanizmlərin müxtəlifliyi və qarşılıqlı əlaqələri”, “Bioloji aktiv maddələrin sintezində mikroorqanizlərin rolu”, “Kənd təsərrüfatı biotexnologiyası”, “Qida biotexnologiyası”, “Su biotexnologiyası”, “Sənaye mikrobiologiyası”, “Tibbi mikrobiologiya”, “Mikrobioloji fiziologiya”, “Bioenerji və biomühəndislik”, “Farmokogenomika”, “Bitki biotexnologiyası”, “Bitki patologiyası”, “Biomüxtəliflik”, “Mikroorqanizm mənşəli antibiotiklər və onların biotexnologiyada tətbiq perspektivləri” mövzularında müzakirələr aparılıacaq.

İştirakçılar öz konfrans materiallarını əhatə edən 200 sözdən ibarət qısa xülasə təqdim etməlidir. Tədbirdən sonra konfrans materialının tam mətni üçün lazım olan tələblər göndəriləcək. Konfransda iştirak etmək istəyənlər aprelin 10-dək qeydiyyatdan keçməlidirlər. Konfransın hər iki günündə poster sessiyası keçiriləcək. Poster təqdim edən müəlliflərdən poster günləri ərzində qarşılıqlı əlaqə üçün hazır olmaları tələb olunur. Poster aydın rəqəm və cədvəllərdən ibarət 5 metr məsafədən oxunaqlı və ölçüsü 1x1 metr olmalıdır.

Xəbər lenti