Logo

Dövlət qulluğu imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin nəzərinə

17.02.2025 12:01 139 baxış
IMG

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupuna uyğun vəzifələr üzrə fevralın 16-da keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün fevralın 28-i saat 18:00-dək linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar.

Bu barədə TƏHSİL.BİZ -ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- Ali təhsil haqqında sənədin surəti;

- Əmək kitabçasının surəti (olduğu halda);

- Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə (akademik Həsən Əliyev küçəsi, 299) təqdim etməlidir.

Xəbər lenti