Mingəçevir Dövlət Universitetinin (MDU) komandaları 2025-ci ildə keçiriləcək “Beynəlxalq Robot Olimpiadası” (IRO) müsabiqəsinin finalına vəsiqə qazanıb.
Bu barədə TƏHSİL.BİZ -ə MDU-dan bildirilib.
Qeyd olunub ki, final mərhələsi iyunun 7-də Xankəndidə keçiriləcək.
Universitetin komandaları innovativ layihələrlə beynəlxalq səviyyədə uğurlar qazanmaq üzrə özlərini sübut ediblər. Komandaların layihə növləri və üzvləri aşağıdakı kimidir:
1. SKYRIDERS RC Craft - Planer/Təyyarə (Mentor, Elvin Muradzadə, Muğumov Məhəmməd, Hüseynov Samir, Mustafazadə Kamil);
2. Alzerbaijan - Robo Soccer (Mentor, Fatma Əliyeva, Məmməd Rövşən, Mahmudov Nihad, Nahid Qarayev);
3. RoboStars - VRC Dron (Mentor, Nərmin Əhmədova, Anar Ramazanlı, Sənubər Feyzullayeva, Fatimə Əlizadə);
4. InfraRunners (Mentor, Validə Nuriyeva, Allahverdili Firdovsi, Mustafayeva Leyla, Hüseynov Rüstəm);
5. MDU-Horizon44-WRC Craft (Mentor, Elvin Muradzadə Rəsul Abbasov, Səid Sadıqov, Mayıl Rəhimzadə);
6. Compotition RC Craft - Planer/Təyyarə (Mentor, Əliyeva Məhsəti Novruzov Babək, Zərbəliyev Nihat, Abbasov Əkbər);
7. The Teachers - Robo Soccer (Senior) (Mentor Ceyhun Əlziadə, Məmmədli Sübhan, Məmmədov Ramal, Babaşov Xasay).