Logo

ATU-da yeni laboratoriya istifadəyə verilib

18.02.2025 15:13 89 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində "REFRESH" layihəsi çərçivəsində Virtual öyrənmə və simulyasiya laboratoriyasının açılışı olub.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, laboratoriyanın açılış lentini Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru dosent Yaşar Ömərovla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov kəsib.

Açılış tədbirində Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov və UNEC-in digər rəhbər nümayəndələri də iştirak edib. 

Ətraf mühitin mühafizəsi kafedrasının nəzdində fəaliyyət göstərəcək Virtual öyrənmə və simulyasiya laboratoriyası UNEC-in koordinatorluğu, Avropa İttifaqının maliyyə dəstəyi və ATU-nun tərəfdaşlığı ilə həyata keçirilən "REFRESH" layihəsi çərçivəsində ərsəyə gəlib. 

Laboratoriya 5 notbuk, printer və günəş panellərinin səmərəliliyini artıran mikrokontrollerli izləyici qurğusunun prototipinin hazırlanması üçün 28 adda müasir avadanlıqla təchiz edilib. 

Açılış tədbirindən sonra ATU ilə UNEC arasında geniş tərkibdə görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.

 

 

 

 


 

Xəbər lenti