Logo

Qazaxda sinif otağının tavanı çöküb, xəsarət alan olmayıb

17.02.2025 12:45 122 baxış
IMG

Fevralın 17-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 1-ci sinfində otağın tavanı çöküb. 

Bu barədə TƏHSİL.BİZ -ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən açıqlama verilib.

Bildirilib ki, şagirdlər və müəllim təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Hadisə zamanı xəsarət alan olmayıb. 

Hadisə ilə bağlı Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır.  

Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.

Xəbər lenti