Logo

İnformatika üzrə RFO-nun yarımfinal turunun nəticələri elan olunub

20.02.2025 16:26 144 baxış
IMG

İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri elan olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, nəticələrə əsasən aşağı yaş qrupu üzrə 100 və daha artıq bal toplayan şagirdlər, yuxarı yaş qrupu üzrə isə 120 və daha yuxarı bal toplayan şagirdlər final mərhələsində iştirak etmə hüququnu əldə ediblər.

Qeyd edək ki, yarımfinal turu 15-16 fevral tarixlərində ölkəmizin müxtəlif ali təhsil müəsissələrinin bazasında və Naxçıvan MR STEAM mərkəzində keçirilmişdi. İnformatika fənni üzrə final mərhələsində iştirak edən şagirdlərin sayından asılı olmayaraq aşağı yaş qrupu üzrə 30 şagird, yuxarı yaş qrupu üzrə isə 45 şagird qalib elan ediləcək.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində [email protected] ünvanı vasitəsilə qəbul edilir.

Xəbər lenti