Təhsil sahəsində karyerasını inkişaf etdirmək və ya müəllim kimi fəaliyyət göstərmək istəyən şəxslər üçün “Müəllim hazırlığı təlim proqramı” elan edilib.
ADA Universitetindən TƏHSİL.BİZ -ə bildirilib ki, proqram tədris və öyrənmə, təhsil idarəçiliyi sahələrində inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Universitetdən verilən məlumata görə, təlimlər ingilis dilində aparılacaq və iştirakçılara pedaqoji bacarıqlarını inkişaf etdirmək imkanı yaradılacaq.
Təlimin cədvəlini təqdim edirik:
Birinci sessiya: 27-28 fevral, 16:00 - 19:00
İkinci sessiya: 6-7 mart, 16:00 - 19:00
Qeydiyyat üçün son tarix 25 fevraldır. Seçim prosesi əsasında namizədlər təlimlərə dəvət olunacaqlar.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat: ada.edu.az/training