Logo

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən biblioqrafik göstərici çapdan çıxıb

18.02.2025 15:34 82 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “Naxçıvan Muxtar Respublikası -100” adlı biblioqrafik göstərici hazırlayıb.

MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, biblioqrafik göstərici Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən, AMEA Rəyasət Heyətinin Tədbirlər Planına uyğun olaraq tərtib edilib. Vəsait muxtar respublikanın tarixi, ədəbiyyatı, coğrafiyası, iqtisadiyyatı, kənd təsərrüfatı və digər sahələri ilə bağlı mənbələri özündə birləşdirir.

Biblioqrafik göstəricinin elmi məsləhətçisi və ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Elmi redaktoru MEK-in direktoru Hüseyn Hüseynov, redaktorları Kitabxana işləri üzrə direktor müavini Şəhla Quliyeva, Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva, tərtibçiləri Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, şöbənin əməkdaşları Afət Məmmədova və Rəna Cavadovadır.

Biblioqrafik göstərici regionşünaslar, alimlər, mütəxəssislər və ali məktəb tələbələri üçün nəzərdə tutulub.

Xəbər lenti