Logo

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

18.02.2025 10:36 117 baxış
IMG

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Bakı Dövlət Universitetinin (BDU) məzunlarının məşğulluq vəziyyətinin təhlilinə dair hesabatı təqdim edilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli universitet məzunlarının məşğulluq vəziyyətinin təhlil edilməsi üçün 47199 nəfər BDU tələbəsinin təhsil məlumatları, 23978 məzun məlumatları və 12500 nəfərin məşğulluğuna dair məlumatlarından istifadə edildiyini söyləyib.

BDU rektoru Elçin Babayev təhlil nəticələrini universitet məzunlarının əmək bazarına uğurla inteqrasiya olunmasına və tələbələrin gələcək karyera perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addım kimi dəyərləndirib. O bildirib ki, məzunlarının işə götürülmə göstəricilərinin analizi BDU üçün çox önəmlidir.

Təhlil nəticəsində məşğulluq göstəricisi yüksək olan TOP15 ixtisas müəyyən edilib. Məlum olub ki, məşğulluq göstəricisi ən yuxarı olan “İqtisadiyyat və idarəetmə”, “Kənd təsərrüfatı” ixtisas qruplarıdır. Məşğulluq göstəricisi ən yüksək olan məzunlar isə “Geologiya”, “Hidrometeorologiya”, “Menecment” ixtisaslarını bitirən tələbələrdir.
Təhlil zamanı BDU və universitetin Qazax filialı üzrə məzunların məşğulluq göstəricilərinin müqayisəsi aparılıb, ixtisas qrupları və ixtisaslarda orta əməkhaqqı göstəriciləri müəyyən edilib.

Qeyd olunub ki, təhlilin nəticələrinə əsasən, tələbələrin iş həyatına daha asan uyğunlaşması üçün müxtəlif proqramlar tətbiq ediləcək.

 

 

 

 

Xəbər lenti