Logo

Tələbələr Tarix və Etnologiya İnstitutunda təcrübə keçirlər

18.02.2025 12:19 83 baxış
IMG

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti və Bakı Slavyan Universitetinin tələbələrinin istehsalat təcrübəsi başlayıb.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, institutun direktoru professor Kərim Şükürov tələbələrlə görüşərək rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin tarixi, aparılan tədqiqatlar, institutun planları haqqında məlumat verib. Qeyd edib ki, istehsalat təcrübələri gələcəkdə həyatını elmə bağlayacaq gənclərin seçilməsi, institutun gəncləşdirilməsi baxımdan mühüm əhəmiyyət daşıyır. Kərim Şükürov fevral-may aylarını əhatə edən istehsalat təcrübəsi zamanı tarix elminə xüsusi marağı olan tələbələrin diqqətdə saxlanılacağını, gələcəkdə onların elmi fəaliyyətlə məşğul olması üçün dəstək göstəriləcəyini vurğulayıb.

Professor qeyd edib ki, Tarix və Etnologiya İnstitutunda universitetlərlə əməkdaşlığa, tələbələrin təcrübə keçməsinə böyük önəm verilməsi ilə bərabər, bu prosesə diqqətlə yanaşılır. İnstitut direktoru bildirib ki, həm universitetlərdən, həm də institutdan təyin olunan təcrübə rəhbərləri birgə işləyəcək, tələbələrlə yüksəksəviyyəli iş qurulacaq, qrafik üzrə davamiyyətə xüsusi diqqət yetiriləcək.

Görüşdən sonra tələbələr təcrübə keçəcəkləri şöbələr üzrə bölünüb, müvafiq təlimatlar verilib.

Xəbər lenti