Logo

AMEA-da Qərbi Azərbaycanla bağlı yaradılmış yeni şöbələr ilk elmi nəşrlərini artıq təqdim ediblər

20.02.2025 16:38 96 baxış
IMG

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun olaraq AMEA-da Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbələri fəaliyyətə başlayıb və artıq həmin şöbələrin ilk elmi nəşrləri və konfranslar meydana qoyulub.

TƏHSİL.BİZ xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncağı zamanı “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” adlı məruzəsində söyləyib.

Akademiyada geniş miqyaslı struktur islahatlarının aparıldığını bildirən AMEA prezidenti Azərbaycan dövlətinin inkişaf strategiyasına və milli prioritetlərinə uyğun olaraq, ayrı-ayrı elmi tədqiqat institutlarında bir sıra şöbələrin yaradıldığını, oxşar şöbələrin birləşdirildiyini söyləyib.

Xəbər lenti