Logo

AzMİU ilə Qazi Universiteti birgə elmi-tədqiqatlar aparacaq

17.02.2025 15:32 104 baxış
IMG

Türkiyənin Qazi Universitetinin professoru Mahir Dursun Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə elmi araşdırmaların aktuallığı, müasir texnologiyaların mühəndislik sahəsinə inteqrasiyası və beynəlxalq elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.

AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova çıxış edərək universitetlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, iki ali təhsil müəssisəsi arasında birgə elmi-tədqiqatların aparılması, akademik heyətin mübadiləsi və ortaq layihələrin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlıq imkanlarına toxunub.

Görüşdə professor Mahir Dursun süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, elmi-tədqiqatlarda tətbiqi və müasir mühəndislik sahəsində rolu barədə ətraflı məlumat verib. O, bu sahədə aparılan beynəlxalq araşdırmaların mühəndislik elmlərinə təsirindən danışaraq, süni intellektin elmi innovasiyalara gətirdiyi yeniliklərə diqqət çəkib.

Bundan əlavə, professor Mahir Dursun “Scopus” bazasında məqalə çap etdirmə prosesi, beynəlxalq elmi jurnallara məqalə göndərmə qaydaları və akademik nəşrlərin keyfiyyət standartları haqqında nəzəri və praktik təcrübələrini bölüşüb.

Sonda müzakirələr aparılıb və əməkdaşlıq perspektivlərindən danışılıb.

 

 

 

 


 

Xəbər lenti