Logo

ADAU-da Biotəhlükəsizlik və biomühafizə mövzusunda təlim keçiriləcək

18.02.2025 08:54 109 baxış
IMG

Fevralın 25-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Biotəhlükəsizlik və Biomühafizə” mövzusunda təlim təşkil olunacaq. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, təlim bioloji materiallarla işləyən mütəxəssislərin bilik və bacarıqlarını artırmaq, eləcə də laboratoriya şəraitində təhlükəsiz iş prinsiplərini öyrətmək məqsədi daşıyır.

Baytarlıq təbabəti fakültəsinin dekanı, dosent Şəlalə Zeynalova tərəfindən keçiriləcək “Biotəhlükəsizlik və biomühafizə” təlimində iştirakçılar biotəhlükəsizlik qaydaları, fərdi mühafizə geyimləri, tullantıların idarə edilməsi, patogen mikroorqanizmlərlə təhlükəsiz iş və genetik manipulyasiyaların riskləri barədə məlumat əldə edəcəklər.

 


 

Xəbər lenti