Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “3sual” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatına qeydiyyat prosesi böyük maraqla qarşılanıb.
TƏHSİL.BİZ xəbər verir ki, qısa müddət ərzində 250-dən artıq komanda çempionatda iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Bu göstərici ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin intellektual oyunlara və bilik yarışlarına olan yüksək marağını bir daha təsdiqləyir.
Qeyd edək ki, çempionat iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə universitetlər daxilində seçim turları keçiriləcək, final mərhələsində isə qalib komandalar Bakıda Azərbaycan çempionu adı uğrunda mübarizə aparacaqdır.
Qeydiyyat prosesi davam edir və iştirak etmək istəyən komandalar 20 fevral tarixinədək aşağıdakı keçid vasitəsilə müraciət edə bilərlər.