Bakıda dəhşətli intihar hadisəsi baş verib.
TƏHSİL.BİZ xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında qeydə alınıb.
Zaqatala rayon sakini, 2009-cu il təvəllüdlü Mələk Mirxaliq qızı Seyidli yaşadığı 17 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü atıb.
İntiharın səbəbləri məlum deyil.
M.Seyidlinin məktəbli olduğu bildirilir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.