Logo

Göyçayda müəllim evində ölü tapıldı

17.02.2025 10:35 144 baxış
IMG

TƏHSİL.BİZ xəbər verir ki, fevralın 15-də Göyçay şəhər 3 saylı tam orta məktəbin müəllimi Məhəbbət Rəsulova ilə əlaqə saxlaya bilməyən yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Fevralın 16-sı saat 18 radələrində FHN-in rayon şöbəsinin əməkdaşları M.Rəsulovanın yaşadığı mənzilin qapısını qıraraq evə daxil olublar. Müəllimin evdə vəfat etməsi məlum olub.

Onun hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti