Logo

ADPU-da “Rəqəmsal təhsil alətləri ilə müasir dərs modeli” mövzusunda təlim keçirilib

28.02.2025 10:17 79 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi tərəfindən “Rəqəmsal təhsil alətləri ilə müasir dərs modeli” adlı 6 günlük təlim keçirilib.

Bütün fənn müəllimləri üçün nəzərdə tutulmuş təlimdə iştirakçılara Web2 alətləri ilə dərs planlaşdırılması, İnteraktiv təlim metodlarının tətbiqi, Rəqəmsal resursların istifadəsi haqqında ətraflı məlumat verilib.

TƏHSİL.BİZ xəbər verir ki, təlimin məqsədi müəllimlərin İKT biliklərini təkmilləşdirmək, Web2 alətləri ilə işləmə bacarıqlarını inkişaf etdirmək və dərs prosesini tələbələr üçün daha maraqlı və interaktiv etdirmək olub.

Təlim Təhsildə İnnovativ Texnologiyalar (İTE) Əlavə Təhsil Mərkəzinin təlimçisi Aygün Cəfərova tərəfindən interaktiv formada (4 gün onlayn, 2 gün oflayn) müdavimlərə çatdırılıb.

Təlim rəqəmsal alətləri dərsdə tətbiqi edən pedaqoqlar üçün çox faydalı olub.

 

 

 


 

Xəbər lenti