Logo

Niderlandda Xocalı soyqırımına dair kitabların təqdimatı keçirildi

25.02.2025 14:07 66 baxış
IMG

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Niderland Krallığında anım mərasimi təşkil edilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir Haaqa şəhərində - Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə qarşısında başlayıb.

Əvvəlcə Xocalı soyqırımı qurbanları və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Daha sonra anım mərasiminin təşkilatçısı olan Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi başqanının videoçıxışı səslənib. 

Tədbirdə Azərbaycanın və Türkiyənin Niderlanddakı səfirliklərinin nümayəndələri qatılmışdı. 

Anım mərasimində Xocalı sakini, ailə üzvlərini həmin gecədə itirmiş yazıçı-publisist, jurnalist Səriyə Müslüm qızı da çıxış edənlər arasında olub. 

O, həm də 32 ildən sonra Xocalıya qayıdan ilk insanlardandır. 

Uzun illər həsrətində olduğu Xocalının hazırkı inkişafından fərəhlə danışan Səriyə Müslümqızı Azərbaycan xalqının bundan sonra bir daha belə məşəqqətlər görmək istəmədiyini dedi. 

O, tədbirdə müəllifi olduğu və Holland dilində nəşr olunan “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen “ və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) kitablarının da təqdimatını etdi. 

Səriyə Müslüm qızı qeyd edib ki, kitablar təqaüddə olan holland müəllim, yazıçı Henri van Rens tərəfindən tərcümə olunub. Xocalı soyqırımının qurbanı olan qadın və uşaqların həyatından bəhs edən kitablar iştirakçıların böyük marağına səbəb oldu: “Kitabların holland dilinə tərcümə edilməsinin əsas səbəbi Beynəlxalq Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsi olub. Ədalətin ocağı sayılan Niderland Xocalı soyqırımını törədənlərin ədalətlə cəzalanmasını təmin etməlidir. Amma bir çox ölkələr ədalət çağırışına susaraq cavab vermir”.


 

Xəbər lenti