Logo

Bu Universitetdə hava şəraitinə görə dərslər təxirə salındı

23.02.2025 17:42 628 baxış
IMG

Mövcud hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) sabah bütün dərslər onlayn formatda keçiriləcək. Universitet rəhbərliyi tələbələrin və müəllimlərin təhlükəsizliyini nəzərə alaraq belə bir qərar qəbul edib.

Tələbələrə dərsləri məsafədən izləmələri tövsiyə olunur. Mühazirə və seminarlar universitetin müəyyən etdiyi onlayn platformalar vasitəsilə təşkil ediləcək. UNEC tələbələrdən verilən təlimatları diqqətlə izləməyi və dərslərdə aktiv iştirak etməyi xahiş edir.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı digər təhsil müəssisələrinin də oxşar addımlar atıb-atmayacağı hələlik məlum deyil.

 

Bəhman Hüseynli

Xəbər lenti