Logo

ADPU-də dərslər onlayn formata keçirildi

23.02.2025 20:30 220 baxış
IMG

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, fevralın 23-dən 24-nə keçən gecə Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq.

Hava şəraitini nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi 24 fevral 2025-ci il tarixində dərslərin və iş prosesinin məsafədən (onlayn) formatda təşkil olunması barədə qərar qəbul edib. Bütün dərslər Microsoft Teams platforması üzərindən keçiriləcək.

Universitet rəhbərliyi tələbə və müəllim heyətindən verilən təlimatları nəzərə almağı və dərslərə aktiv qoşulmağı xahiş edir. Şaxtalı hava şəraiti ilə bağlı atılan bu addım təhlükəsizliyin təmin olunmasına yönəlib.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar UNEC və AzTU da oxşar qərar qəbul edərək dərsləri onlayn formata keçirib.

Xəbər lenti