Logo

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında tələbə gənclər üçün seminar keçirilib.

23.02.2025 17:54 61 baxış
IMG

19 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Əmək və Sosial Münsaibətlər Akademiyasının (AƏSMA) təşkilatçılığı ilə “Klinik sosial işdə psixoloji yanaşmalar” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev sosial işin müasir dövrdə əhəmiyyətini qeyd edərək seminara uğurlar diləyib.

Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının baş mütəxəssisi, psixoloq Mirzəhra Əlili seminarın mövzusu ilə bağlı çıxış edərək, interaktiv formada tələbələrlə maraqlı müzakirələr aparıb. 

Xəbər lenti