Logo

ADAU-da akademik heyətin pedaqoji bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı seminar keçirilib

25.02.2025 13:58 63 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti üçün “Akademik heyətin pedaqoji bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, seminar ADAU ilə Türkiyənin EGE Universiteti arasında "Horizon Avropa" Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində həyata keçirilən “VILLAGE” layihəsi (Virtual Innovative Learning Laboratories for Global Engineering Education) kontekstində, universitetə ezam olunmuş dosent Fırat Sarsar və professor Alper Başbay tərəfindən aparılıb.

Çıxışçılar akademik heyətin pedaqoji bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndirib, sualları cavablandırıblar.

Xəbər lenti