Logo

BSU direktor vakansiyası elan edib

25.02.2025 14:04 60 baxış
IMG

Bakı Slavyan Universiteti (BSU) Kitabxana Resurs İnformasiya Kompleksinin (KRİK) direktoru vəzifəsinə vakansiya elan edir.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Namizədə olan tələblər:

• LMS (Library Management System), dataların idarəolunması, informasiya idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil və ən azı 2 illik iş təcrübəsi;

• Müasir kitabxana texnologiyaları (Koha, Alma, WorldShare Management Services və s.) və elektron resurslarla işləmə bacarığı;

• Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili bilikləri üstünlükdür;

• Təşkilatçılıq, liderlik və effektiv ünsiyyət bacarıqları;

• Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

• Universitetin missiyası və məqsədlərinə uyğun olaraq Kitabxana Resurs və İnformasiya Kompleksinin fəaliyyətinin təşkili və idarə edilməsi.

• Universitetin tələbə və akademik heyətinin kitabxana xidmətlərinə əlçatanlığın təmin edilməsi.

• Ex Libris, Koha və ya Alma kimi kitabxana idarəetmə sisteminin (LMS) tədbiqi, informasiya resurslarının əldə olunmasının planlaşdırılması və həyata keçirilməsi.

• KRİK mənbələrinin rəqəmsallaşdırılması və EBSCOhost, ProQuest və JSTOR kimi bazalarına inteqrasiyasının təmin edilməsi.

• Kompleksin fəaliyyətinin inkişafı üçün strategiyaların hazırlanması və həyata keçirilməsi.

• KRİK xidmətlərinin E-BSU sisteminə inteqrasiyasının təmin edilməsi.

İş şərtləri:

• İş qrafiki: Tam iş günü (5 gün)

• İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi:

• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Son müraciət tarixi: 31.03.2025-ci il

Qeyd edək ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində, mail-də mövzu hissəsində “Kitabxana Resurs və İnformasiya Kompleksinin (KRİK) direktoru” qeyd olunaraq [email protected] ünvanına göndərilməlidir.

Xəbər lenti