Bakı Slavyan Universiteti (BSU) Kitabxana Resurs İnformasiya Kompleksinin (KRİK) direktoru vəzifəsinə vakansiya elan edir.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Namizədə olan tələblər:
• LMS (Library Management System), dataların idarəolunması, informasiya idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil və ən azı 2 illik iş təcrübəsi;
• Müasir kitabxana texnologiyaları (Koha, Alma, WorldShare Management Services və s.) və elektron resurslarla işləmə bacarığı;
• Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili bilikləri üstünlükdür;
• Təşkilatçılıq, liderlik və effektiv ünsiyyət bacarıqları;
• Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
• Universitetin missiyası və məqsədlərinə uyğun olaraq Kitabxana Resurs və İnformasiya Kompleksinin fəaliyyətinin təşkili və idarə edilməsi.
• Universitetin tələbə və akademik heyətinin kitabxana xidmətlərinə əlçatanlığın təmin edilməsi.
• Ex Libris, Koha və ya Alma kimi kitabxana idarəetmə sisteminin (LMS) tədbiqi, informasiya resurslarının əldə olunmasının planlaşdırılması və həyata keçirilməsi.
• KRİK mənbələrinin rəqəmsallaşdırılması və EBSCOhost, ProQuest və JSTOR kimi bazalarına inteqrasiyasının təmin edilməsi.
• Kompleksin fəaliyyətinin inkişafı üçün strategiyaların hazırlanması və həyata keçirilməsi.
• KRİK xidmətlərinin E-BSU sisteminə inteqrasiyasının təmin edilməsi.
İş şərtləri:
• İş qrafiki: Tam iş günü (5 gün)
• İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi:
• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Son müraciət tarixi: 31.03.2025-ci il
Qeyd edək ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində, mail-də mövzu hissəsində “Kitabxana Resurs və İnformasiya Kompleksinin (KRİK) direktoru” qeyd olunaraq [email protected] ünvanına göndərilməlidir.