Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunub.
TƏHSİL.BİZ xəbər verir ki, test imtahanı mərhələsində 27 noyabr- 4 dekabr tarixləri arasında ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllim vəzifəsində çalışan 17 namizəd iştirak edib.
Qeyd edək ki, bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilib.
Məlumat üçün bildirək ki, hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.