Logo

Respublika Fənn Olimpiadalarının Yarımfinal mərhələsi keçirilib

23.02.2025 15:01 69 baxış
IMG

Fevralın 23-də cari tədris ili üçün respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Tehsil.biz xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə yarımfinal turu iki mərkəzdə təşkil edilib və yarışlara ümumilikdə 943 şagird qatılıb. Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə təşkil edilib.

Yarımfinal turunun nəticələri www.portal.edu.azwww.olimpiada.edu.az saytlarında, eləcə də iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələrində elan olunacaq.

Xəbər lenti