Fevralın 23-də cari tədris ili üçün fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.
Tehsil.biz xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə yarımfinal turu iki mərkəzdə təşkil edilib və yarışlara ümumilikdə 867 şagird qatılıb. Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə təşkil edilib.
Yarımfinal turunun nəticələri www.portal.edu.az və www.olimpiada.edu.az saytlarında, eləcə də iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələrində elan olunacaq.