Logo

“Qəzənfər Paşayev – 85” kitabı nəşr olunub

25.02.2025 15:53 31 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sonaxanım Hadiyevanın (Sona Xəyal) “Qəzənfər Paşayev – 85” kitabı işıq üzü görüb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, “Müasirlərim” seriyasından olan kitabda görkəmli tədqiqatçı, folklorşünas- alim, pedaqoq, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin həyat və yaradıcılığından bəhs olunub. Nəşrdə tədqiqatçının bəzi kitablarından söz açılıb və haqqında yazılmış məqalələrdən istifadə olunub.

Yeni nəşrin redaktoru və “Ön söz”ünün müəllifi dosent Əli Məmmədbağıroğlu, rəyçiləri dosentlər Aygül Hacıyeva, Nəzakət Məmmədli və Lamiyə Süleymanovadır.

Xəbər lenti