Mövcud hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Texniki Universitetində (AzTU) sabah bütün dərslər onlayn formatda keçiriləcək. Universitet rəhbərliyi tələbələrin və müəllim heyətinin təhlükəsizliyini nəzərə alaraq bu qərarı qəbul edib.
Tələbələr dərsləri məsafədən izləyə biləcək və mühazirələr universitetin müəyyən etdiyi onlayn platformalar vasitəsilə təşkil olunacaq. Universitet administrasiyası tələbələrdən verilən təlimatlara əməl etməyi və dərslərdə aktiv iştirak etməyi xahiş edir.
Xatırladaq ki, hava şəraiti ilə bağlı UNEC də oxşar qərar qəbul edərək dərsləri onlayn formata keçirib. Gələcək günlərdə digər ali təhsil müəssisələrinin də bu istiqamətdə addım atıb-atmayacağı diqqət mərkəzindədir.
Bəhman Hüseynli