Fevralın 25-də Çex Respublikasının Karlov Universitetinin Fizioterapiya departamentinin rəhbəri Tereza Novakova Azərbaycan İdman Akademiyasına (AİA) gəlib.
AİA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tereza Novakova akademiyanın Sağlamlıq məktəbinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya“ təhsil proqramının professor-müəllim heyəti və tələbələrlə tədrisə başlayıb.
Qeyd edək ki, sözügedən tədris prosesi 25-28 fevral tarixlərini əhatə edəcək.