Logo

Palıdın introduksiyası və iqlimləşdirilməsi ilə bağlı monoqrafiya nəşr olunub

26.02.2025 14:17 46 baxış
IMG

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Geobotanika şöbəsinin aparıcı elmi işçisi dosent Sadıq Qarayevin “Palıd (Quercus L.): İntroduksiyası və iqlimləşdirilməsi” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, monoqrafiya dünya və Azərbaycan florasına aid 12 növ palıdın sistematikası, botaniki-coğrafi xüsusiyyətləri, morfogenezi, kök sistemi, böyümə və inkişaf dinamikası, fenologiyası, çiçəkləmə və meyvə verməsi, çoxaldılması, xəstəlik, zərərvericilər və onlara qarşı mübarizə üsullarının tədqiqi kimi məsələləri əhatə edir. Əsər, həmçinin əldə olunan nəticələri təhlil etməklə introduksiyasının elmi əsaslarının öyrənilməsinə, Abşeronun quru subtropik iqlim şəraitində yaşıllaşdırmada istifadəsi perspektivli olan növlərin seçilməsinə və becərilmə qaydalarının müəyyənləşdirilməsinə həsr edilib.

Kitab botaniklər, ekoloqlar, biologiya və aqrar elmləri ixtisasları üzrə tələbə, magistrant, doktorant, müəllim və tədqiqatçılar, yaşıllaşdırma işi ilə məşğul olanlar üçün nəzərdə tutulub.

Xəbər lenti