“Təhlükəsiz mühit, uğurlu gələcək: bullinqə son!” qrant layihəsi çərçivəsində təlimlər davam edir.
TƏHSİL.BİZ xəbər verir ki, təlimlərdə şagirdlər bullinq anlayışı ilə yaxından tanış olublar, şagirdlər arasında bullinqin onların təhsil həyatına və psixoloji vəziyyətlərinə təsiri, dərsə yanaşmada və qavramada baş verən dəyişikliklərlə bağlı məlumatlar verilib.
Xatırladırıq ki, sözü gedən layihə Sevinc Nəcədova tərəfindən Bakı şəhəri 287 nömrəli Zəkalar liseyində həyata keçirilir. Layihə çərçivəsində şagirdlər arasında zorakılıq hallarının qarşısının almaqla məktəb icması daxilində təhlükəsiz mühit yaratmaq, məktəblərdə psixoloqlarla danışıqlar apararaq bullinqə məruz qalmış, o cümlədən bullinq etməyə meyilli olan 25 şagirdin seçilməsi, 2 ay olmaqla həftədə 2 dəfə qeyd edilən mövzu ətrafında təlim və maarifləndirici görüşlərin keçirilməsi və layihənin yekununda maarifləndirici videoçarxın hazırlanması nəzərdə tutulur.