Logo

Şərqşünas alim Qaziantepdə keçirilən beynəlxalq konfransda məruzə edib

26.02.2025 12:01 67 baxış
IMG

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova Türkiyənin Qaziantep şəhərində keçirilən ZEUGMA 13-cü Beynəlxalq Elmi Araşdırmalar Konfransında iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, şərqşünas alim konfransda “XVIII əsrin əvvəllərində Həmədan şəhərinin inzibati quruluşu (1727-ci il Osmanlı sənədi əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Həmədan şəhərinin Qərbi Asiyanın mühüm strateji mövqeyə malik əsas şəhərlərindən biri olduğu və tarixinin antik dövrlərdən başlamış günümüzə qədər hesablandığı qeyd edilib. Məruzəçi xüsusi strateji mövqeyə malik ərazilərdə möhkəmlənmək və bölgəyə nəzarət etmək məqsədilə Osmanlı, Rusiya kimi güclü dövlətlərlə hərbi əməliyyatlar aparmaq iqtidarında olmayan Səfəvi dövlətinin ərazisinin çox hissəsini itirdiyini və qeyd olunan imperiyaların tərkibinə qatıldığını bildirib.

Çıxışda “Həmədan əyalətinin müfəssəl dəftəri”nin dəyərli məlumatlarına əsaslanaraq bölgənin inzibati bölgü və idarəçilik məsələləri haqqında məlumat verilib.

Xəbər lenti