Logo

Tanınmış pedaqoq vəfat etdi

26.02.2025 15:37 86 baxış
IMG

Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş Gülnaz İsrafilova vəfat edib.

TƏHSİL.BİZ xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

Gülnaz Şakir qızı İsrafilova 11 oktyabr 1958-ci ildə Şəki şəhərində anadan olub. O, 1985-ci ildə Bakı Dövlət Universitetini Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1985-1990-cı illərdə Bakı şəhəri Nizami rayonu 10 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 1990-1993-cü illərdə Nizami Rayon Təhsil Şöbəsində inspektor, 1993-2006-cı illərdə isə Nizami rayonu 214 nömrəli məktəbin direktoru vəzifəsində işləyib.

2006-cı ildə Nizami Rayon Təhsil şöbəsinin müdiri, 2006-2009-cu illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatında Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

Gülnaz İsrafilova 1990-cı ildə “Baş müəllim” adına layiq görülüb.

Xəbər lenti