Logo

Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

26.02.2025 15:30 245 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda YAP ərazi təşkilatı, Azad Həmkarlar Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun icraçı direktoru professor Əfsun Sucayev çıxışında Xocalı sakinlərinə amansızlıqla divan tutulmasından danışıb, azərbaycanlılara qarşı ermənilərin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətini diqqətə çatdırıb. O qeyd edib ki, xalqımıza qarşı törədilmiş ağır cinayətdə təqsirləndirilən bir qrupun bu gün məhkəmə qarşısında istintaqı və onların əməllərinə hüquqi qiymət verilməsi, cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər görülməkdədir.

44 günlük Vətən müharibəsi və 23 saat 47 dəqiqə davam edən antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun Zəfəri, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığı, ölkəmizin hərtərəfli inkişafa nail olduğu, erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığı xüsusi qeyd edilib.

İcraçı direktor belə faicələrin unudulmamasının indiki və gələcək nəsillərin bu hadisələrlə bir daha üzləşməmsi üçün təbliğat-təşviqat işlərinin aparılmasının zəruliliyini vurğulayıb.

Tədbirdə İnstitutun Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.

Sonda Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdirilib. 

Xəbər lenti