Logo

“20-dən çox tələbə təhsil almaq üçün xaricə göndərilib” – NAZİR

26.02.2025 11:49 78 baxış
IMG

“Dövlət tərəfindən təmin edilmiş təqaüd proqramları çərçivəsində 2 il ərzində 20-dən çox tələbənin xarici ölkələrdə Mədəniyyət Nazirliyinin xətti ilə müxtəlif ixtisaslar üzrə təhsil alması proqramı artıq reallaşıb”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib.

Nazir əlavə edib ki, bu, müxtəlif xarici ölkələrin universitetlərində xüsusilə mədəniyyət və incəsənət üzrə menecment ixtisaslı kadrların formalaşdırılmasıdır ki, məhz təqaüd proqramından yararlanırlar:

“Sistemli şəkildə həyata keçirilən bütün bu kadr islahatları gələcəkdə bütövlükdə bu sahənin inkişafına ciddi töhfə verəcək”.

Xəbər lenti