Logo

Lütfi Zadə olimpiadası və fənn müsabiqəsində iştirak edəcək şagirdlərin nəzərinə!

26.02.2025 17:03 60 baxış
IMG

Bu gündən etibarən Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

TƏHSİL.BİZ  xəbər verir ki, buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar şagirdlər təhsil aldıqları ümumtəhsil müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, Fənn müsabiqələri isə VI-VII sinif şagirdləri üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edə bilərlər.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


 

Xəbər lenti