Logo

ADAU-da Yaradıcılıq, innovasiya və sahibkarlıq təşəbbüsü proqramının infosessiyası keçirilib

28.02.2025 11:41 43 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ADA Universitetinin və ADA Universiteti Fondunun təşkilatçılığı ilə Yaradıcılıq, innovasiya və sahibkarlıq təşəbbüsü proqramının infosessiyası baş tutub.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, infosessiyanın açılışını ADA Universitetinin prorektoru Vəfa Kazdal edərək, proqramın fəaliyyətindən və tələbələr üçün regionda yaradılacaq fürsətlərdən söz açıb.

Tədbirdə Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, ADA Universitetinin professoru Rəşad Əliyev və “Paşa Holdinq”in Maliyyə departamentin direktoru Elvin Əlizadə iştirak ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti