Logo

NDU-nun rektoru Elbrus İsayev “Hackathon”nun qalibləri ilə görüşüb

28.02.2025 10:13 69 baxış
IMG

Naxçıvan Dövlət Universitetində keçirilən İnnovasiya Hakatonunun qalibləri universitetin rektoru Elbrus İsayevlə bir araya gəliblər. Rektor tələbələri təbrik edərək onların innovativ düşüncələrinin universitet və region üçün əhəmiyyətini vurğulayıb. Gənclərin texnologiya və innovasiya sahəsində təşəbbüslərini yüksək qiymətləndirərək, bu istiqamətdə daha geniş imkanlar yaratmağın vacibliyini bildirib. Rektor universitetdə İnnovasiya Mərkəzinin yaradılmasından bəhs edib, bu mərkəzin tələbələrin ideyalarının inkişafı və startapların dəstəklənməsi üçün mühüm platforma olacağını qeyd edib. Universitetin gənc innovatorlara məsləhət, mentorluq və texniki dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə gənc innovatorlar öz layihələrini təqdim edərək onların real bazar şəraitində tətbiqini müzakirə ediblər.

Sonda rektor Elbrus İsayev iştirakçılara kitab hədiyyə edib.

Qeyd edək ki, Hakatonun təşkilində Naxçıvan Dövlət Universiteti, SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi birgə əməkdaşlıq edib. Ümumilikdə 160 nəfərin iştirak ilə 24 komanda mübarizə aparıb. İlk beş yeri qazanan "İmyen", "Kimi", "Prix", "Admatic" və "Kvantsafe" komandalarının üzvləri əsasən NDU tələbələrindən ibarət olsa da, qaliblər arasında universitetin nəzdindəki Tibb Kollecinin bir tələbəsi və bir orta məktəb şagirdi də yer alıb. Qalib komandaların ümumi heyəti 15 nəfərdən ibarətdir. I yerin qalibi 5000 manat, II yer 3000 manat, III yer isə 2000 manat investisiya qazanıb. Həmçinin, qaliblər iyun ayında keçiriləcək GOLD Final mərhələsində 50.000 manatlıq investisiya uğrunda mübarizə aparacaqlar.

Xəbər lenti