Logo

AzMİU-da Qazaxıstan universitetlərinin nümayəndələri ilə görüş keçirilib

03.03.2025 16:49 48 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qazaxıstanın Şərqi Qazaxıstan Texniki Universiteti və Atrau Neft və Qaz Universitetinin nümayəndələri ilə görüş keçirilib.

AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, rektor Gülçöhrə Məmmədova çıxışında Qazaxıstan universitetləri ilə mövcud olan faydalı əməkdaşlıqları vurğulayıb. O, türk dövlətləri arasında əlaqələrin daha da gücləndirildiyini, xüsusilə Orhun mübadilə proqramının buna yeni imkanlar yaratdığını qeyd edib.

Rektor Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın yerləşdiyi regionda lider ölkəyə çevrildiyini bildirib və qazandığı böyük Zəfərindən söz açıb. Azad olunmuş ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işlərinə diqqət çəkən rektor bu prosesdə AzMİU məzunlarının aktiv iştirakını qürurla qeyd edib.

Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru Saulə Rahmatullina Azərbaycanda və AzMİU-da olmaqdan məmnunluğunu ifadə edib. O, universitetlər arasında birgə əməkdaşlığın yeni imkanlar yaradacağını söyləyərək gələcəkdə reallaşa biləcək ortaq layihələr haqqında fikir mübadiləsi aparıb.

Atrau Neft və Qaz Universitetinin prorektoru Sabit Mukhanov AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, AzMİU-da aparılan elmi tədqiqatlarla maraqlandıqlarını, qarşılıqlı tədqiqat mübadiləsinin mümkünlüyünü dilə gətirib və birgə əməkdaşlığın yaradacağı yeni imkanlar barədə danışıb.

 

Xəbər lenti