Logo

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib

03.03.2025 08:40 94 baxış
IMG

2 mart tarixində istedadlı şagirdlərin aşkara çıxarılması və onların elmi potensialının inkişaf etdirilməsi məqsədilə təşkil olunan Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsi ölkənin bütün bölgələrində 260 imtahan mərkəzində təşkil olunub. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu müsabiqələrdə ölkə üzrə 105000-ə yaxın şagird qeydiyyatdan keçib.

Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, Fənn müsabiqələri isə VI-VII sinif şagirdləri üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edə bilərlər.

Müsabiqənin nəticələrinin 14 martdan etibarən elan edilməsi nəzərdə tutulub. Uğur qazanan şagirdlər növbəti mərhələdə iştirak hüququ əldə edəcəklər.

Kitabçalar:

Biologiya_Az_I tur_2025

Biologiya_Rus_I tur_2025

Fizika_Az_I tur_2025

Fizika_Rus_I tur_2025

İnformatika_Az_I tur_2025

İnformatika_Rus_I tur_2025

Kimya_Az_I tur_2025

Kimya_Rus_I tur_2025

Riyaziyyat 6_Az_I tur_2025

Riyaziyyat 6_Rus_I tur_2025

Riyaziyyat 7_Az_I tur_2025

Riyaziyyat 7_Rus_I tur_2025

Təbiət_Az_I tur_2025

Təbiət_Rus_I tur_2025

LMO_Az_I tur_2025

LMO_Rus_I tur_2025





 

Xəbər lenti