Logo

Qazaxıstanın nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb

03.03.2025 14:40 54 baxış
IMG

Martın 3-də Qazaxıstanın Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin tədris işləri üzrə prorektoru Kayirbek Makulovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovla görüşüblər.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, ADNSU-nun müvafiq fakültə dekanlarının və şöbə müdirlərinin də iştirak etdiyi görüşdə mövcud imkanlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafından, birlikdə elmi-tədqiqat işlərinin aparılmasından və ortaq elmi layihələrin icrasından bəhs olunub. Həmçinin tələbə-müəllim mübadiləsi, beynəlxalq təcrübə proqramlarının tədrisdə tətbiq olunması kimi məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə yüksək potensiallı hər iki ali təhsil müəssisəsinin əməkdaşlığının müsbət nəticə verəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində qonaqlar universitetlə daha yaxından tanış olublar. Tarix muzeyində, “Kibertəhklükəsizlik laboratoriyası”nda olublar və universitetin elmi-tədqiqat potensialını yüksək dəyərləndiriblər.

 

 

 

 


 

Xəbər lenti