Logo

Qazaxıstanlı professorlar ADNSU-nun rektoru ilə görüşüblər

03.03.2025 13:59 48 baxış
IMG

Fevralın 28-də Qazaxıstanın Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin professorları - Akkenje Busurmanova və Murşida Aimova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) elmi-tədqiqat səfəri çərçivəsində rektor, dosent Rüfət Əzizovla görüşüblər.

Universitetdən  TƏHSİL.BİZ -ə bildirilib ki, ADNSU-nun İstehsalat təcrübəsi bölməsinin müdiri Səbinə Əliyevanın da iştirak etdiyi görüşdə mühəndis profilli iki ali təhsil müəssisəsinin əməkdaşlıq əlaqələrinin inkişafından, o cümlədən ortaq elmi layihələrin işlənməsindən, tələbə-müəllim mübadiləsindən və beynəlxalq təcrübə proqramlarının mənimsənilməsindən bəhs olunub.

Universitetlə ətraflı tanış olan qonaqlar görüş zamanı ADNSU-nun elmi-tədqiqat potensialının yüksək olduğunu bildiriblər və əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Onlar neft-qaz, geologiya, neft-kimya mühəndisliyi və digər tətbiqi elmlər istiqamətində birlikdə icra olunacaq layihələrin  uğurlu olacağına əminliklərini bildiriblər. 

ADNSU-nun  rektoru, dosent Rüfət Əzizov universitet olaraq Qazaxıstan ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu və uğurlu nəticə üçün mümkün dəstəyin əsirgənilməyəcəyini bildirib.

Xəbər lenti