Logo

DİM və “YAŞAT” Fondu arasında memorandum imzalanıb

03.03.2025 16:50 41 baxış
IMG

3 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) və “YAŞAT” Fondu arasında yeni Əməkdaşlıq Memorandumu imzalanıb.

Mərkəzdən TƏHSİL.BİZ -ə  bildirilib ki, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və “YAŞAT” Fondunun rəhbəri Elvin İbrahimovun imzaladığı memorandum 44 günlük Vətən müharibəsinin şəhid və qazi ailələrinə mənəvi dəstək üçün birgə əməkdaşlıq sahələrini müəyyən edir. 

Görüşdə sədr M.Abbaszadə bildirib ki, şəhid övladları və qazilərin təhsil sahəsində fəaliyyəti Dövlət İmtahan Mərkəzi tərəfindən daim izlənilir və lazımi dəstək göstərilir. Eləcə də, qazilərin ali təhsil müəssisələrinə hazırlaşması üçün xüsusi kurslara cəlb edilməsi və bəzi sınaq imtahanlarında ödənişsiz əsaslarla iştirak edilməsinə köməklik göstərilir. Sədr həmçinin bildirib ki, cari ildə ümumi orta təhsil səviyyəsi üzrə 77, tam orta təhsil səviyyəsi üzrə isə 57 şəhid övladının buraxılış imtahanlarında iştirakı nəzərdə tutulur və proses ümumi olaraq DİM tərəfindən yaxından izlənilir.

Qeyd edək ki, memorandumda:

1. Peşəkar səriştə, bacarıq, texniki bilik və digər sahələrdə öyrənmə və inkişaf imkanlarını araşdırmaq;

2. Şəhid övladlarına və qazilərə qayğı göstərmək məqsədilə DİM tərəfindən təşkil olunacaq tədbirlərin hazırlanması və keçirilməsi üçün müvafiq mütəxəssislərin cəlb olunmasına köməklik göstərmək;

3. Şəhid övladlarının və qazilərin bilik və bacarıqlarını artırmaq, həmçinin karyeralarını yüksəltmək üçün yeni imkanlar araşdırmaq və yaratmaq;

4. Şəhid övladlarının və qazilərin akademik göstəricilərinin təhlilinə dair elmi konfrans keçirmək;

5. Potensialın artırılması təşəbbüsləri ilə məktəbli və tələbə olan şəhid övladları və qazilərin məşğulluğunu artırmaq və s. məsələlər əksini tapıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondu arasında ilk əməkdaşlıq memorandumu 2021-ci ildə imzalanıb.

 

 

 

 


 

Xəbər lenti