Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev filialın akt zalında tələbələrlə görüş keçirib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, direktor görüşdə tələbələrlə tədris prosesi, akademik göstəriciləri və gələcək planları barədə fikir mübadiləsi aparıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb, təklif və rəyləri dəyərləndirilib.
Tələbələrin təklif, rəy və şikayətlərinin öyərənilməsinin filialın gələcək həyatı və ümumi inkişaf dinamikası üçün xüsusi əhəmiyyət daşıdığını bildirən direktor Yusif Alıyev bu məqsədlə fiialın foyesində rəy və təkliflər qutusunun qoyulduğunu qeyd edib və tələbələri bu təşəbbüsdə fəallıq göstərməyə çağırıb.
Həmçinin görüş çərçivəsində də tələbələrin anonim şikayət və təkliflərinin təqdimi üçün səyyar təklif qutusu təqdim edilib. Tələbələrin anonim məktublarının daxil edilməsindən sonra qutu açılıb, təklif, şikayət və iradlar oxunub. Y.Alıyev məktublar vasitəsilə ünvanlanmış və tələbələri maraqlandıran sualları cavablandırıb, təklif və şikayətlərin araşdırılması və lazimi prosedurların icrası üçün sturuktur rəhbərlərinə müvafiq tapşırıqlar verib.