20 aprel tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.
Təhsil İnstitutundan TƏHSİL.BİZ bildirilib ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il dünyanın 100-dən çox ölkəsində milyonlarla şagirdin iştirakı ilə təşkil olunur. Uzun illərdir ki, ölkəmizdə keçirilən və “Əylənirik, öyrənirik, həll edirik” prinsipini əsas tutan müsabiqədə şagirdlərə müxtəlif maraqlı, əyləncəli tapşırıqlar təqdim edilir.
Müsabiqənin qeydiyyatı 4 mart tarixindən etibarən aktiv edilib. Müsabiqədə iştirak etmək istəyən şagirdlər http://kenquru-2025.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatla bağlı yaranan çətinliklə əlaqədar aşağıdakı nömrələrlə əlaqə saxlamağınız xahiş olunur:
Əlaqə nömrələri: 0553848631 / 0503280532
Müsabiqənin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan riyaziyyat müəllimlərinin hazırladıqları tapşırıqlar vasitəsilə şagirdlərin yaşlarına uyğun sağlam rəqabət mühitində riyazi billiklərinin yoxlanılmasına imkan yaratmaqdan ibarətdir.