Logo

Hafiz Paşayev: ADA-da çalışan yüksəkixtisaslı qazaxıstanlı müəllimlər var

04.03.2025 12:29 59 baxış
IMG

“ADA Universitetində çalışan qazaxıstanlı müəllimlər yüksəkixtisaslı kadrlardırlar. Həmçinin hazırda ADA-da 22 qazaxıstanlı tələbə təhsil alır”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu bu gün ADA Universitetində keçirilən "Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi" mövzusundakı görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib.

Rektor universitetdə çalışan qazaxıstanlı akademik heyətin peşəkarlığını vurğulayaraq, gələcəkdə Azərbaycan və Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini qeyd edib.

"ADA Universitetində çalışan qazaxıstanlı müəllimlər və təhsil alan qazax tələbələr universitetimizin dəyərli üzvləridirlər", - deyə rektor vurğulayıb.

Xəbər lenti