Logo

BDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda ustad dərsi təşkil olunub

04.03.2025 12:38 27 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Elnarə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin sosial iş ixtisasında təhsil alan tələbələrinə “İnsan alverinə qarşı mübarizə” mövzusunda ustad dərsi keçib. Dərs Sosial Xidmətlər Agentliyi ilə BDU arasında imzalanmış memorandum çərçivəsində təşkil olunub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, mərkəzin psixoloqu çıxışında tələbələrə insan alveri qurbanı anlayışı, Azərbaycanda və dünyada insan alverinə qarşı mübarizə tədbirləri barədə məlumat verib. O, insan alveri qurbanları ilə sosial işin təşkili, psixoloji müdaxilə proqramının mahiyyəti və mexanizmini izah edib.

Dərsdə bir sıra praktiki nümunələr təqdim edilib, insan alverinə qarşı mübarizənin çoxprofilli komanda ilə aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu sahədə hüquqi, psixoloji və sosial aspektlər mövcuddur. Azərbaycanda insan alveri qurbanları üçün mövcud olan sığınacaqlar, burada aparılan reabilitasiya və abilitasiya proqramları, görülən işlər və uğur hekayələri barədə məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti